
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, bu ayın ortalarında Belarusda beynəlxalq taktiki antiterrror təlimləri keçiriləcək.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat verib.
“Slavyan qardaşlığı – 2020” adlı çoxmillətli təlimlərdə Belarus, Rusiya və Serbiya hərbçiləri iştirak edəcəklər.
Təlim iştirakçıları 10-15 sentyabr aralığında Belarusa gələcəklər.






























