Az.shafaqna.com xəbər verir ki, Bakı Dövlət Universitetində qrafen oksid kompozitlərinin ekologiyada tətbiqi müzakirə olunub. Universitetdən verilən məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Qrafen və qrafen oksid kompozitlərinin sintezi metodları və ekologiyada tətbiq sahələri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Kimya fakültəsinin Nanomateriallar kimyası ixtisası üzrə məzunu Orxan İsmayılov eyniadlı məruzə edib.
O, çıxışında qrafen və qrafen oksid əsaslı kompozitlərin xassələri, müxtəlif sintez üsulları, ekologiyada tətbiq sahələrinə dair məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb. Müzakirələrdə seminar iştirakçıları qrafen oksidi əsasında kompozitlərin strukturunun formalaşması və adsorbent kimi istifadəsi ilə bağlı məsələlərə toxunublar. Bu quruluşların istehsalının və tətbiqinin tibb, ekologiya və elektronika sahələrinin inkişafına ciddi təsir göstərəcəyi qeyd olunub.

Əvvəlki məqaləDİM qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib
Növbəti məqalədəYaralanmış əsgər və İmam Zaman (ə.f) haqqında tövsiyələri