Gürcüstanda koronavirus: 45 yoluxma, 6 sağalma

76
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 45 yeni yoluxma faktı qeydə alınıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 1729 nəfərə çatıb.

Bununla yanaşı, ötən gün ərzində 6 xəstə sağalaraq evə buraxılıb, indiyədək ümumilikdə Gürcüstanda 1321 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.

Hazırda 5882 nəfər karantindədir, 390 nəfər həkimlərin nəzarəti altında stasionardadırlar.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.