Az.shafaqna.com xəbər verir ki, Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün “Qədir-xum” bayramı ilə əlaqədar axşam namazından sonra Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı mərasim ilə təşkil olunub.

Məscidin həyətində təşkil olunan mərasim “Əhli-beyt” məscidinin axundu Hacı Rahidin Qurani-Kərimdən ayələrin tilavəti və giriş sözü ilə başlayıb. Şeir və ilahilər sədaları altında və şən mənəvi abu həvada keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Kvemo Kartli üzrə nümayəndəsi Hacı Qurban Murquzov çıxış edib. Onlar “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi danışıb Peyğəmbərimizin (s) son və önəmli sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.

Gürcüstanlı məddah Səid Həsənin və azyaşlı uşaqların ifa etdiyi şeir və ilahilərlə davam edən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Mərasim sonrası tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan “Qədir-xum” bayramı ilə əlaqədar mərasimlər təşkil olunur.

Əvvəlki məqaləAzərbaycan Prezidenti Avropa Parlamentinin Komitə sədrini qəbul edib
Növbəti məqalədəAzərbaycan Prezidenti: Bir çox Avropa parlamentariləri bizi hücuma məruz qoyublar