Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib ki, Rusiya, Türkiyə və İran Liviya ssenarisinin Suriyada təkrarlanmasının yolverilməzliyinə dair ortaq mövqeni bölüşür.
Lavrov qeyd edib ki, 3 ölkənin Suriyadakı vəziyyətin yoluna qoyulmasına yanaşma tərzlərində əhəmiyyətli fərqlər var.
“Siz bu fərqləri həm rəsmi şəxslərin bəyanatları, həm də yerdəki vəziyyət vasitəsi ilə görə bilərsiniz. Lakin bizi Türkiyə və İranla Liviya və İraqda edilənlərin Suriyada təkrar edilməsinə yol verməməyə ümumi can atmaq cəhdi birləşdirib”, – deyə o bildirib.
Rusiyalı nazir həmçinin əlavə edib ki, Moskva da, Ankara da, Tehran da Suriyanın müstəqilliyinə hörmət edir, respublikanın daxili işlərinə müdaxilə etməmə prinsipinə əməl edir və bu ölkədə separatist meyllərin qızışdırılmasını yolverilməz hesab edir.