Çində “Çələbi” xalçaları toxunur.

“Az.shafaqna.com” xəbər verir ki, bunu “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev Azərbaycan xalçalarının oğurlanması haqqında danışarkən deyib. O bildirib ki, Çinin “Yuland” firmasının təklif etdiyi xalçanın üzərində “Çələbi” naxışı yer alıb.

“Bu xalçaları şirkət özü bizə təklif edib və məlum olub ki, bu, bizim Azərbaycan xalçalarıdır. Bu şirkətə hər hansı məlumat verilməyib və əlaqəmiz yoxdur”.

“İpək xalçalar Çində toxunur. Müasir dövrdə internetdən şəkilləri əldə etməklə toxunmaya vermək mümkündür”, – deyə qurum rəsmisi əlavə edib.

Əvvəlki məqaləAQTA sahibkarlara müraciət edib
Növbəti məqalədəAzərbaycan Prezidenti Dövlət Gömrük Komitəsinin sədrini vəziəsindən azad etdi