Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıtmaq istəməsi məsələsini şərh edib.
Qaxariya deyib ki, heç kim və heç nə seçki prosesinin normal, sakit mühitdə keçməsini şübhə altına ala bilməz.
“Bir daha təkrar edirəm, qoy gəlsin, heç kim və heç nə ölkənin sabitliyini şübhə altına ala bilməz”, – deyə o bildirib.
Xatırladaq ki, Saakaşvili 27 avqustda Gürcüstana geri qayıdacağını elan edib.
Bu gün isə Gürcüstan Milli Hərəkatının lideri Qriqol Vaşadze bəyan edib ki, Milli Hərəkat və “Güc Birlikdədir” Saakaşvilinin baş nazir postuna namizədliyini irəli sürəcək.
Bu məqaləni paylaş