
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.1 faizi sağalıb. Yoluxanlardan 5.43 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 37 418 nəfərin 1.47 faizi (551 nəfər) dünyasını dəyişib.






























