
Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, Belarus daxili işlər naziri Yuriy Karayev bəyan edib ki, dünyada heç harada Belarusdakı kimi humanist və soyuqqanlı polis yoxdur.
O qeyd edib ki, hazırda etiraz aksiyalarından sonra ağır xəsarət almış 30 hüquq-mühafizə əməkdaşı xəstəxanadadır.
Onun sözlərinə görə, polis əməkdaşlarını qıcıqlandırmağa çalışırlar, onları avtomobillərlə əziblər.
“Belarus polsinin sərt olması barədə danışırlar. Mən belə demək istəyirəm: (bizdəki kimi) humanist, təmkinli və soyuqqanlı polis dünyada heç harada yoxdur”, – deyə o bildirib.
Həmçinin Kareyev deyib ki, Mogilyon əyalətində sərxoş insanlar polis maşınına benzin tökərək yandırmağa cəhd ediblər, polis xuliqanın alışdırıcısını dəyənəklə onun əlindən salıb.
“Qərb polisi necə rəftar edərdi? Artıq, yəgin ki, (həmin şəxslərin) döyülməyən yeri qalmazdı”, – deyə o bildirib.
O əlavə edib ki, müxalifət istənilən güc tətbiqi cavabsız qalmayacaq, hüquq-mühafizəçiləri etirazçıların təxribatları qarşısında geri çəkilməyəcəklər.






























