Az.shafaqna.com Gürcüstan mediasına xəbər verir ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinin gələn həftə Gürcüstana səfəri gözlənilir.

Bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalister Gürcüstanla Assosiasiya Sazişinin illik hesabatının müzakirəsi başlamazdan əvvəl açıqlayıb.

Komitə sədri bidirib ki,  Tbilisidə Gürcüstanla Assosiasiya Sazişinin illik hesabatı və Gürcüstan namizədinin statusu ilə bağlı müzakirələr planlaşdırılır.

Makalisterin sözlərinə görə, nümayəndə heyəti Gürcüstandan başqa Azərbaycan və Ermənistana da səfər edəcəklər.

Əvvəlki məqaləAİ 13,8 milyard avroluq Rusiya aktivlərini dondurub
Növbəti məqalədəAzərbaycanda qazi və şəhid ailələrinə edilən dəstəklə bağlı nazirlikdən hesabat