Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələri artıq Türkiyənin Aralıq dənizindəki fəaliyyəti ilə bağlı mümkün tədbirlərin görülməsi barədə elan ediblər.

Bunu Fransa XİN başçısı Jan-İv Le Drian deyib.

(Mən və mənim həmkarlarım) Türkiyəyə qarşı qəbul edə biləcəyimiz bir sıra cavab tədiblərini (müzakirə etdik)”, – deyə o bildirib, lakin söhbətin məhz hansı addımlardan getdiyini qeyd etməyib.

O, aydınlıq gətirib ki, Türkiyənin ilə Yunanıstan və Kipr arasında artan münaqişə Avropa Şurasının 24-25 sentyabr iclasının əsas müzakirə mövzusu olacaq.

Biz də variantlarla bağlı çatışmazlıq yoxdur və o (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan) bunu bilir”, – deyə Le Drian bildirib.

Həmçinin o, Avropa Şurasının görüşünədək, Ərdoğanı Şərqi Aralıq dənizinin problemlərinə dair dialoqa başlamağa səsləyib.

Bu məsələnin müzakirə edilə biləcəyini göstərmək türklərin vəzifəsidir”, – deyə o qeyd edib.