ABŞ-lı UFC döyüşçüsü Henri Sexudo “UFC on ESPN 39” turnirinin əsas qarşılaşması zamanı azərbaycanlı Rafael Fiziyevin braziliyalı Rafael Dos Anyos üzərindəki qələbəsinə reaksiya verib.

Az.shafaqna.com “Sport24”-ə istinadən xəbər verir ki, Sexudo bu barədə sosial şəbəkə üzərində münasibət bildirib.

Bu döyüş elit səviyyəli döyüş olub. Fiziyev olduqca təhlükəlidir. Əla zərbə, kardio və “teykdaun”lardan müdafiə. Bu oğlan (R.Fiziev – red.) UFC-nin bütün yüngül çəkililəri üçün təhdiddir!“, – deyə o qeyd edib.

Xatırladaq ki, 10 iyul gecəsi Fiziyev Dos Anyosu 5-ci raundun əvvəlində nokautla məğlub edib.

Qeyd edək ki, azərbaycanlı idmançı MMA-da keçirdiyi 13 qarşılaşmadan 12-də qalib gəlib.