Az.shafaqna.com “Imedi”-yə istinadən xəbər verir ki, Gürcüstanda koronavirus infeksiyasının geniş yayılma təhlükəsi yoxdur.

Bunu Tbilisi İnfeksiyon Xəstəxanasının başçısı Tengiz Tsertsvadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan uğurla COVID-19-u öhdəsindən gəlməyə davam edir.

photo: Infectious Diseases and AIDS Center

Bizdə olan nəticələr işlərin pis olmasını yox, Gürcüstanın uğurla koronavirusun öhdəsindən gəlməsini göstərir. Hazırda ən intensiv daxili nəqliyyatdır, istirahət etmək istəyən hər bir kəs heç bir maneə olmadan istirahət etdi. Bütün bunlar mövcud sistemin sabitliyini göstərir. Panika üçün səbəb görmürəm, sadəcə özünə həddindən artıq əmin olmaq lazım deyil və unutmamaq lazımdır ki, təhlükə bütün dünyada var, az da olsa, Gürcüstanda da var”, – deyə o qeyd edib.

O deyib ki, istənilən təhlükənin öhdəsindən gəlmək olar, lakin təhlükə məhz hər şeyin geridə qaldığını hesab etməkdədir.

Tsertsvadze bir daha hamını maska taxmağa, sosial məsafəyə əməl etməyə və mümkün qədər insanların çox olduğu yerlərdən uzaq olmağa səsləyib.

İnanın, bunlar minimal tələblərdir”, – deyə o bildirib.