Mohamed Hassan / Pixabay

Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, mütəxəssislər dünya iqtisadiyatının 2020-ci ilin sonunadək yeni problemlərlə üzləşəcəyini deyiblər.

Avstraliya Milli Universitetinin professoru Uorrik Makkibbinin fikrincə, 2025-ci ilədək koronavirus pandemiyasına görə 35 trilyon dollardan keçmək lazım gələcək.

O hesab edir ki, ölkələrin hökumətləri əhalinin böyük hissəsinə peyvənd vurmalı olacaqlar və yalnız bundan sonra iqtisadi itkilər azalmağa başlayacaq.

Həmçinin professor COVID-19-un ikinci dalğasının mümkünlüyünü də istisna etmir.

Artıq dünyanın aparıcı iqtisadiyyatına sahib ölkələr dəstək tədbirlərinə trilyonlar yatırıblar. Bunun sayəsində ABŞ-da işsizlik səviyyəsi aşağı düşüb, Çin iqtisadiyyatı bərpa olmağa başlayıb və Almaniyada istehsalat artıb.

“Pacific Investmen Management”-in qlobal iqtisadiyyat üzrə müşaviri Yoahim Fels qeyd edir ki, hazırda ölkələr artım pikini yaşayırlar, bundan sonra isə düşüş başlayacaq. İqtisadiyyatın artmağa davam etməsi üçün hökumətlər virusla mübarizə tədbirlərini davam etdirməlidirlər, lakin bir çox ölkə artıq bunlardan imtinaya hazırdır.