
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 34 yeni yoluxma faktı qeydə alınıb.
“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 1684 nəfərə çatıb.
Bununla yanaşı, ötən gün ərzində 5 xəstə sağalaraq evə buraxılıb, indiyədək ümumilikdə Gürcüstanda 1315 nəfər bu xəstəlikdən sağalıb.
Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.
Hazırda 6020 nəfər karantindədir, 299 nəfər həkimlərin nəzarəti altında stasionardadırlar.
41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.
Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.






























