
Sentyabr 7-də informatika və tarix müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Azərbaycan Təhsil Nazirliyi bildirib.
Məlumata görə, imtahanlarda 2434 namizədin iştirakı nəzərdə tutulub.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.






























