Gürcüstanda müharibə olmayacaq.

Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bəyan edib.

İlk öncə (onu deyim ki), müharibə başlamayacaq. Gürcüstanda sülh və sakitlik olacaq. Bu, Gürcüstan xalqının istəyidir və biz xalqın maraqlarının – ölkəmizin təhlükəsizliyinin birinci plana çəkilməsi üçün hər şeyi edəcəyik“, – deyə o qeyd edib.

Onun sözlərinə görə, əgər Gürcüstan müharibəyə başlasa, “nəinki status, heç ölkəmiz belə qalmayacaq“.

(Müharibə olsa,) bu, olduqca böyük müharibə olacaq. Biz bunu Ukraynanın misalında gördük, hətta əgər bu məsəli kənara qoysaq belə, hamımız 2008-ci ildə Gürcüstanda nələrin baş verdiyini yaxşı yada salmalıyıq – itirilmiş ərazilər, itirilmiş kəndlər, çox insanın itirilmiş həyatları, hökumətin qaçmış üzvləri, dağıdılmış şəhərlər və sair“, – deyə Kaladze əlavə edb.

Müharibənin olduqca ağır olduğu deyən Tbilisi meri deyib ki, “müvafiq olaraq, biz ölkədə sülhün olması üçün hər şeyi etməliyik“.

Əvvəlki məqaləTürk səfir: “Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”
Növbəti məqalədəAzərbaycanda 30 bağça müdiri vəzifəsindən AZAD EDİLDİ