Bayden ABŞ-ın Türkiyәyә “F-16” qırıcılarını satmasını dәstәklәyib

Az.shafaqna.com-xun verdiyi xəbərə görə, Ağ Evin sözçüsü Karin Jan-Pier bir neçə aydır Türkiyəyə “F-16”-ların satışını müzakirə etdiklərini və prezident Cozef Baydenin bu satışı dəstəklədiyini bildirib.

Jean-Pierre tәşkil etdiyi  gündəlik mətbuat konfransında bir qrup Demokrat Konqres üzvlәrinin Cozef Baydenin  keçən həftə İspaniyanın paytaxtı Madriddə baş tutan NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdәn sonra “F-16” satışı ilə bağlı müsbət açıqlamalarını tәnqid etmәsini qiymәtlәndirib.

“F-16” ilə bağlı danışıqların bir müddətdir gündəmdə olduğuna diqqət çəkən Jan-Pier deyib:

‘‘F-16-larla bağlı mövqeyimiz aydınıq. Biz bunu bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir. Bundan başqa yeni bir şey yoxdur’’.

Madriddə keçirilən NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında prezident Ərdoğanla görüşən Bayden iyunun 30-da keçirdiyi mətbuat konfransında ABŞ-ın Türkiyəyə “F-16” döyüş təyyarələrini satmasını dәstәklәyib .

Bayden mәtbuat konfransında deyib: “Dekabr ayında mən Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğana  “F-16″ təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur”.

Bu məqaləni paylaş