
Gürcüstanın Laqodexi şəhərinin Qabal Uzuntala kəndində Həzrəti Əbəlfəzl Abbas (ə) məscidində, Kərbəla şəhidlərinə həsr olunmuş mərasim keçirilib. Az.shafaqna.com xəbər verir ki, mərasimdə ilahiyyatçı alim Hacı Namiq Huseynov, Haci Seyyid Rəhman, Hacı Anar Bayramov olmaqla yerli kənd və rayon sakinləri iştirak edib.
Mərasimin açılışı məscidin axundu Kərbəlai Kamranın çıxış sözü ilə başlayıb. Məclisdə Hacı Namiq Huseynov Kərbəla hadisəsinin əsil hədəflərindən və İmam Huseynin (ə) “هَلْ مِنْ ناصِرٍ یَنْصُرُنی “! “Yoxdurmu mənə komək edəcək bir nəfər?” nidasina İmamın (ə) yanıdakıların və bu zəmanədəkilərin həqiqətən “Ləbbeyk” deyib demədiklərini əməllərində necə göstərdiklərindən danışıb.
Mərasimdə Hacı Seyyid Rəhman, Haci Anar və Kamran Abbasov rövzə və mərsiyələr deyiblər. Məclisin sonunda Kərbəla Şəhidlərinin və Vətən uğrunda canlarından keçən Şəhidlərin Ruharına dualar oxunub və ehsan süfrəsi ilə məclis sona çatıb.


























