
Az.shafaqna.com “Veçernyaya Moskva”-ya istinadən xəbər verir ki, dietoloq Mixail Qinzburq gəncliyi uzada bilən məhsulların adlarını sadalayıb.
“İlk məhsul yaşıl çaydır. Onda çoxlu katexinlər var, onlar autofagiya prosesini işə salır. Bu prosesi canlandıran istənilən hər bir şey qocalmanı ləngidir və orqanizmi cavanlaşdırır”, – deyə o bildirib.
Cavanlaşdırıcı məhsullar arasında zeytun yağı, kətan toxumu və balıq da var. Onların tərkibində iltihabəleyhinə təsirə sahib faydalı doymamış yağ turşuları var.






























