Səfir: Bir qrup vətəndaşımız Astara Sərhəddindən İrana qayıtdı

53
0

İranın Azərbaycandakı səfirliyi və Azərbaycan rəsmi qurumların əməkdaşlığı nəticəsində bu gün (5 sentyabr) 122 nəfərlik İran vətəndaşı olan daha bir qrup ölkəyə qayıdıb.

Az.shafaqna.com xəbər verir ki,  bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində yazıb.

Səfir bildirib ki,  İran vətəndaşları Astara sərhəd buraxılış məntəqəsindən keçiblər.

Musəvi qeyd edib ki, bununla da koronavirus yayıldığı vaxtdan  Azərbaycandan İrana 11 qrup olaraq qayıdan İran vətəndaşlarının sayı 1 501-ə çatıb.