
Az.shafaqna.com “Axios”-a istinadən xəbər verir ki, “Facebook”-un qurucusu Mark Zukerberq ABŞ-da qarşıdan gələn prezident seçkilərindən sonra ölkədə iğtişaşların başlaya biləcəyi ilə bağlı fikir bildirib.
“Təəssüf ki, düşünürəm ki, səsvermə və nəticələrin elanı arasındakı müddətdə yüksək iğtişaş riski var”, – deyə o bildirib.
Zukerberqin sözlərinə görə, zorakılıq riskinin azaldılması üçün tədbirlər görülməlidir.
O əlavə edib ki, “Facebook” sosial şəbəkəsi “seçkiləri legitimliyindən məhrum etməyə” yönəlmiş paylaşımları xüsusi işarə ilə nişanlayacaq. O deyib ki, bu, səsvermənin rəsmi nəticəsi elan edilməmişdən öncə öz qələbəsini elan edən namizədlərin paylaşımlarına da şamil ediləcək.
Xatırladaq ki, ABŞ-da 2020-ci il 3 noyabrda prezident seçkiləri baş tutacaq.






























