Photo: AP/Khalid Mohammed

Az.shafaqna.com INA-ya istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri 3 gün əvvəl qaçırılaraq əsir götürülmüş İordaniya vətəndaşını xilas ediblər.

Əsir Bağdadın Qahirə kvartalında saxlanılırdı.

Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində o, azad edilib. Oğrular barədə məlumat verilməyib.

Əməliyyat zamanı çox sayda silah müsadirə edilib.