
Az.shafaqna.com “Qovorit Moskva”-ya istinadən xəbər verir ki, dietoloq Yelena Solomatina çayın kimlərə ziyan olması barədə danışıb.
Onun sözlərinə görə, çay olduqca faydalı içkidir, çünki onun tərkibində çoxlu antioksidant, vitamin, tanin və teanin var. Bununla belə, kofeinin olması bəzi insanlara ziyan vura bilər.
Solomatina aydınlıq gətirib ki, sağlam insan kofeindən qorxmamalıdır: o, ürək-damar sistemini yaxşı canlandırır və çayın tərkibində onun təsirini yumşaldan maddələr var. Lakin yüksək təzyiq vaxtı, bir sıra psixi xəstəliklər, yüksək həyəcan zamanı çay və qəhvə içmək olmaz.
Bundan başqa, dietoloq əlavə edib ki, çayın sidikqovan effekti də var və çaydan sonra maye təminatına diqqət etmək lazımdır.
O, çayı qaynar su ilə yox, isti su ilə hazırlamağı məsləhət görüb, əks halda içki özünün faydalı xüsusiyyətlərini itirəcək.






























