Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, BMT Uşaq Fondu‎ (UNICEF) uşaqların rifah dərəcəsi üzrə ölkələrin reytinqini tərtib edib.

Mütəxəssislər 41 ölkədəki uşaqların psixi və fiziki sağlamlıq, akademik hazırlıq və sosial bacarıqlar göstəricilərini müqayisə ediblər.

Araşdırmaların nəticələrini təhlil etməklə eskpertlər belə bir nəticəyə gəliblər ki, özlərini ən yaxşı hiss edən uşaqlar Niderlandda yaşayırlar.

2-ci və 3-cü yerlərin sahibləri isə Danimarka və Norveçdir.

İsveçrə və Finlandiya isə, müvafiq olaraq, 4 və 5-ci yerdədir.

Uşaqların öz həyatlarından razı olduğu siyahıda da liderlik Niderlanda aiddir – ölkədəki bu cür uşaqların payı 93% təşkil edir.

Həyatdan razılığın yüksək göstəriciləri olan ölkələr sırasında həmçinin Meksika (86%), Rumıniya (85%), Finlandiya (84%), Xorvatiya (82%), İsveçrə (82%), İspaniya (82%) və Litva da (82%) var.

Araşdırma məlumatlarına əsasən, ən aşağı göstərici isə Türkiyədədir – bu ölkədəki həyatlarından razı uşaqların payı 53% təşkil edir.