Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, meliorasiyaya görə rüsum ödənişindən azad edən dövlət imtiyazından 24 min abunə istifadə edib.

Bu barədə “Gürcütan Meliorasiyası” şirkəti məlumat verib.

Koronavirusun ölkədə səbəb olduğu iqtisadi ziyanın yumşaldılması, həmçiin iqtisadiyyatın təşviqi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi torpaqların meliorasiyası nöqteyi-nəzərindən ciddi güzəştlər nəzərdə tutan “Kənd və fermerlərə qayğı” anti-böhran planını hazırlayıb.

Beləliklə də, fermerlər 2,9 milyon laridən çox (967 min dollar) pula qənaət edə biliblər.

Hökumətin qərarı ilə, 2020-ci ildə 10 hektaradək olan ərazilər meliorasiya rüsumunun ödənişindən tam azad edilib.

Bundan başqa, anti-böhran planı çərçivəsində, 42 min fiziki və hüquqi şəsin “Gürcüstan Meliorasiyası” şirkəti olan təxminən 8 milyon larilik (təxminən 2,7 milyon dollarlıq) borcu tamamilə silinib. Həmin borc 2012-2019-cu illər ərzində əmələ gəlmişdi.

Xatırladaq ki, pandemiyanın səbəb olduğu böhran Gürcüstan hökumətini prioritetləri yenidən gözdən keçirməyə məcbur edib. Hökumət idxaləvəzləyici planlarının olduğunu elan edərək qeydiyyat keçirilmiş torpağa sahib fermer təsərrüfatlarının inkişafına yönəlmiş kənd təsərrüfatına yardım proqramı hazırlayıb. Bu proqramın sayəsində 200 minə yaxın fermer artıq əlavə güzəştlər əldə edir.