Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-lı jurnalistləri onun qarşıdan gələn seçkilərdəki rəqibi Cozef Baydenə olduqca bəsit suallar verməkdə ittiham edib.

Baydenə verilən suallar, sanki, böyük insana yox, uşağa ünvanlanıb. İstənilən şəxs belə suallara cavab verə bilər”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, jurnalistlər Baydenlə rəftarda özlərini mehribancasına aparırlar və hər zaman gülürlər.

Mənə gəldikdə isə, özünüzü burada elə aparmırsınız”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da 2020-ci il 3 noyabrda prezident seçkiləri baş tutacaq.