
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çinin “AnTuTu” bençmarkı smartfonların səmərəlilik reytinqini tərtib edib.
1499 yuanadək (təxminən 219 dollaradək) olan münasib qiymətli cihazlar kateqoriyasında ilk yeri “Xiaomi Redmi Note 8 Pro” tutub.
Adıçəkilən smartfonda quraşdırılmış “MediaTek Helio G90T” prosessorunun səmərəliliyi əksər müasir 3D oyunlar üçün bəs edir.
Reytinq tərtibatçıları həmçinin qeyd edib ki, cihazın 64 meqapiksellik kamerası bu qiymət kateqoriyasına daxil aparatlar üçün nadir hadisədir.
Siyahıya “Redmi 9”, “Redmi K30 5G”, “Horon 9X”, “Redmi K30i 5G”, “Redmi 10X 5G”, “Honor Play 4T Pro”, “Redmi K30” və “Vivo Y5s” də daxil olub.






























