Cal Sport Media | cordonpress

Az.shafaqna.com “Goal”-a istinadən xəbər verir ki, “Barselona” oyunçusu Lionel Messi 2019/20 sezonunun əvvəlində klub prezidenti Jozep Bartomeuya komandanı tərk etmək istədiyini deyib.

Mən rəhbərliyə, o cümlədən də prezidentə dedim ki, getmək istəyirəm. Mən ona bu barədə bütün il boyu dedim. O məni inandırdı ki, sezonun sonunda mən öz taleyimi həll edə biləcəyəm, lakin o, sözünü tutmadı”, – deyə Messi bildirib.

Xatırladaq ki, argentinalı futbolçu 2003-cü ildən “Barselona”-da oynayır.