“Fransa ağlına gələn hər şeyi edə biləcəyini düşünür. Sadəcə Şərqi Aralıq dənizi kifayət etmir, həm də İraqda bəzi açıqlamalar verir. Bunların heç biri müttəfiqlik ruhuna, sülhə və ya dialoqa töhfəsi yoxdur”.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar paytaxt Ankaradakı Milli Müdafiə Universitetində təşkil edilən məzuniyyət mərasimində deyib.
Nazir Akar buradakı çıxışında Şərqi Aralıq dənizindəki son hadisələrə toxunaraq,”Fransanın bölgə ilə heç bir əlaqəsi yoxdur, sərhədləri yoxdur, razılaşmalara əsaslanan hər hansı bir nümayəndəlik vəzifəsi yoxdur. NATO və ya Aİ-ni təmsil etmək səlahiyyəti yoxdur, ancaq minlərlə kilometrdən gəlirlər və bir sıra məsələlərdə prinsiplər və iddialar haqqında danışırlar. Bunları qəbul etmək qeyri-mümkündür”, – deyib.
Fransanın bölgədəki hərbi mövcudluğu ilə təlimlərə qatıldığını xatırladan Akar “Bunlar gərginliyi azaltmaq adından edilir. Əksinə gərginliyi artırdığını və etdiklərinin səhv olduğunu bilirlər. Edilən açıqlamalar, istifadə olunan dil, münasibət və üslub düzgün deyil, nə dialoqa xidmət göstərir, nə də sülhə kömək edir”, –  əlavə edib.
Türkiyənin bölgədə etdiyinin (seysmik tədqiqat fəaliyyətləri) beynəlxalq hüquq və dəniz hüququ ilə tamamilə üst-üstə olduğunu vurğulayan Akar deyib:
“Bunların heç biri müttəfiqlik ruhuna, sülhə və ya dialoqa kömək edən şeylər deyil. Hər kəs bilsin ki,  heç bir haqqımızı, hüququmuzu verməyəcəyik. İşimizi davam etdiririk, ancaq dialoq üçün də buradayıq”.