Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, ABŞ-da 1794-cü ilin gümüş dolları hərraca çıxarılıb. Həmin pul ABŞ Zərbxanasının kəsdiyi ilk sikkələrdən biridir.

Dolların bir tərəfinə “Azadlıq Ledisinin” surəti, digər tərəfinə isə qartal təsviri zərb edilib.

Qəpik sonuncu dəfə 2013-cü ildə hərracda olub. Həmin vaxt o, 10 milyon dollara satılıb, bununla da bir nadir qəpik üçün ödənmiş məbləğə görə rekorda imza atıb.

Varlığı ilə fəxr etdiyim misli-bərabəri olmayan artefakt çox təəssüf ki, məndən gedir”, – deyə pulun hazırkı sahibi Brüs Morelan bildirib.

Bundan başqa, Morelan daha bir sıra qədimi qəpikləri də satışa çıxarmaq istəyir. O, bu addımı belə izah edib: “Başqa işlərin ətəyindən tutmağın zamanı gəlib çatıb”.

ABŞ Numizmatik Assosiyasiyasının pul müzeyinin məlumatına görə, ümumilikdə 1758 bu cür dollar buraxılıb. Günümüzədək isə cəmi 140-a yaxını gəlib çata bilib. Bu cür qəpiklər geniş istifadə üçün nəzərdə tutulmamışdı, onlar yüksəkvəzifəli şəxslər arasında suvenir kimi istifadə məqsədi ilə kəsilmişdi.

Müzeyin direktoru və kuratoru Duqlas Madd deyir ki, onlar ABŞ-ın ilk dollarları idi və onların zərb edilməsində məqsəd ölkənin öz pulunu istehsal edə bildiyini göstərmək idi.