Böyük Britaniya vətəndaşı olan müsəlman kişi 10 ay öncə yaşadığı ölkədən piyada səfərə başlayıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, onun hədəfi Həcc dövrü üçün Məkkə şəhəri olub.

O, nəhayət, uzun müddətdən sonra 26 iyunda Məkkəyə çatıb.

Əslən İraqdan olan 52 yaşlı Adəm Məhəmməd piyada səfərinə 2021-ci ilin 1 avqust tarixində start verib.

O, çox sayda ölkədən, o cümlədən də Almaniya, Bolqarıstan, Türkiyə, Suriya və İordaniyadan keçərək təxminən 6 500 km yol qət edib.

“Bir gün mən yuxudan oyanıb dedim ki, Həccə, Məkkəyə getməyə, yolda dualar etməyə, Allahdan hamımızı və biz bəşəriyyəti bağışlamağını istəməyə hazırlaşıram”, – deyə oqeyd edib.

O, bu səfəri boyu 250 kq çəkili arabanı özü ilə daşıyıb.

Əvvəlki məqaləAzərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü
Növbəti məqalədəƏlət-Astara yolunda AĞIR QƏZA: Ölən və yaralananlar var