
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb.
“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 1621 nəfərə çatıb.
Bununla yanaşı, ötən gün ərzində 8 xəstə sağalaraq evə buraxılıb, indiyədək ümumilikdə Gürcüstanda 1302 nəfər bu xəstəlikdən sağalıb.
Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.
Hazırda 6144 nəfər karantindədir, 292 nəfər həkimlərin nəzarəti altında stasionardadırlar.
41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.
Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.






























