
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə hərbçiləri Suriyada 2-ci birgə hərbi təlimi keçiriblər. Təlim patrul zamanı hərbi karvana edilən hücumların dəf edilməsinə yönəlib.
Bu barədə İdlib Deeskalasiya Zonasının Koordinasiya Mərkəzinin rəisi Yevgeniy Polyakov məlumat verib.
“Təlim M4 yolunun birgə patrulunun keçirildiyi zaman ştatdankənar vəziyyətlərin yarandığı halda vahid yanaşmanın hazırlanmasına yönəlib. Təlim zamanı qarşılıqlı əlaqə və birbaşa patrula cəlb edilən qüvvə və vasitələrin koordinasiyası məsələləri məşq edilir”, – deyə o bildirib.
Polyakov qeyd edib ki, təlim əsnasında tərəflər hərbi karvana hücum halında dəstəyin cəlb edilməsi məsələlərini də məşq ediblər.
Xatırladaq ki, iki ölkə hərbçiləri ilk dəfə bir neçə gün Suriyada birgə hərbi təlim keçiriblər.






























