Rusiyalı həkim yuxusuzluğun əsas səbəblər haqda

Yuxu ilə bağlı problemlər stress, əsəb gərginliyi və vitamin çatışmazlığı ilə əlaqəli ola bilər.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-somnoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının əməkdar həkimi Roman Buzunov bildirib.

Mütəxəssisin sözlərinə görə, çox vaxt yuxu ilə bağlı olan problemlərin səbəbi düzgün olmayan həyat tərzidir. Əgər insan çoxlu qəhvə içirsə, daimi stress və gərginlik içərisindədirsə, o zaman axşam onun üçün yuxuya getmək çətin olacaq.

Həmçinin yuxu ilə bağlı problemlər xəstəliklərə görə, özü də, bəzən hətta qətiyyən aşkar olmayan xəstəliklərə görə müşahidə oluna bilər. Məsələn, D vitamini, dəmir, B qrupu vitamini çatışmazlığı zamanı və ya qalxanabənzər vəzi hormonu həddindən çox olduqda (hipertireoz)“, – deyə həkim qeyd edib.

Bipolyar pozuntusu və depressiyası olan insanlar da yuxusuzluqdan əziyyət çəkir.
həkim yuxuya getmək cəhdi ilə yataqda uzun-uzadı uzanmaq vərdişindən də imtina etməyi məsləhət görüb, bu, vəziyyəti yalnız-yalnız pisləşdirəcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş