
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili BMT-in işğal edilmiş ərazilərdən məcburi köçmüş şəxslərin statusuna dair qətnaməsinə reaksiya verərək sənədi dəstəkləyən 84 ölkəyə təşəkkürünü bildirib.
O deyib ki, bu, qlobal böhranın olmasına baxmayaraq, Gürcüstanın beynəlxalq gündəlikdə olduğunu göstərir.
“Beynəlxalq ictimaiyyət daxili məcburi köçkünlərin hüquqlarının bərpasını və onların vətənlərinə geri dönmə hüquqlarını dəstəkləyir. Bu, misilsiz dəstəkdir”, – deyə Zurabişvili bildirib.
Xatırladaq ki, BMT-ın Baş Assambleyası 74-cü sessiya zamanı Gürcüstan və 54 ölkənin təşəbbüsü olan Abxaziya və Tsxinvaldan (Cənubi Osetiyadan) olan məcburi köçkün və qaçqın şəxslərin statusuna dair qətnaməni qəbul edib.
Gürcüstan XİN-in məlumatına görə, bu il, sənədin həmmüəllifləri ilə yanaşı, onu dəstəkləyən ölkələrin də sayı artıb.






























