
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, hakim AKP rəsmisi Ömər Çelik bildirib ki, Türkiyə regionda sülh naminə bütün dünya ölkələri ilə dialoqa hazırdır.
Siyasətçi Şərqi Aralıq dənizində Rusiya ilə ittifaqın mümkünlüyü şərh edib.
O xatırladıb ki, Türkiyə NATO üzvüdür və alyans hər fürsətdə Rusiyanın düşmən olduğunu bəyan edir.
“Rusiya artıq bir neçə ildir ki, Suriyada əməliyyat keçirir, NATO bloku isə bu illər ərzində Suriya münaqişəsinin yoluna qoyulması planını hazırlayıb bitirə bilməyib. Moskva Liviyadakı proseslərdə də iştirak edir. NATO-da isə Afrikanın şimalndakı fikir ayrılıqlarının həllinə dair təkliflə çıxış etmirlər. Bundan başqa, Rusiya Şərqi Aralıq dənizində oyunçudur, Alyans isə aydın mövqe tutmayıb”, – deyə Çelik qeyd edib.
Onun sözlərinə görə, əsas problem NATO-nun özünün mövqeyindəki ziddiyətlərdədir.
“Əgər siz Aralıq dənizi üzrə aydın konsepsiyanın olduğunu bəyan edirsinizə, o zaman Rusiyanın regiondakı təsiri niyə güclənir?”, – deyə türkiyəli siyasətçi davam edib.
Çelik deyib ki, məsələ Türkiyənin Rusiya ilə ittifaq planlarının reallaşdırılması və ya olmamasında deyil, məsələ Rusiyanın Şərqi Aralıq dənizindəki faktiki mövcudluğunun fonunda Ankaranın regionda sabitliyin təminatına can atmasındadır.
“Ankara regionda hər hansı bir dövlət ilə toqquşmanın əleyhinədir. Biz hər hansı bir münaqişə tərəfini də dəstəkləməyə can atmırıq. Türkiyə regionda istənilən gərginliyə qarşıdır. Biz hesab edirik ki, siyasi iradə və sağlam düşüncə problemləri həll edə bilər”, – deyə o qeyd edib.
O bildirib ki, Türkiyənin özünü haqlı bildiyi və mövqeyinin beynəlxalq hüquq normalarına əsaslandığı üçün sakitdir.






























