Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatının Baş direktoru vitse-admiral Əmir Rasteqari deyib ki, ölkəsi sürətli katerlərin layihəsinin hazırlanması və istehsalında dünyanın ilk 5-liyinə daxil olub.

O deyib ki, İran bütün hərbi texnikanın hazırlanması potensialına yerli mütəxəssislər səyi nəticəsində çatıb.

İran Müdafiə Nazirliyi 130 km/s-dan da çox sürətlə hərəkət edə bilən sürətli raket katerlərinin layihəsini hazırlayaraq onları istehsal etmək imkanına sahibdir”, – deyə o bildirib edib.

Rasteqari qeyd edib ki, bəzi ölkələr artıq İran hərbi texnikasının alışı üçün ərizə ilə müraciət edib.

Sanksiyaların ləğvi ilə ərizəçi ölkələrə texnikanın tədarükünə dair danışıqlar başlayacaq”, – deyə iranlı hərbçi əlavə edib.

Əvvəlki məqaləAlimlər elektron siqaretlə bağlı əfsənəyə aydınlıq gətirdilər
Növbəti məqalədəTbilisinin mərkəzində partlayış: Ölən və yaralananlar var – YENİLƏNDİ