© Sputnik / Levan Avlabreli

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisinin mərkəzində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə qaz balonunun partlaması nəticəsində baş verib.

Yaralılar xəstəxanaya çatdırılıblar.

***16:46***

Az.shafaqna.com xəbər verir ki, Tbilisinin mərkəzindəki Kostava küçəsində partlayış baş verib.

Bu barədə Gürcüstan İctimai televiziyası məlumat yayıb.

Partlayış Filarmoniyanın yanında, “Amirani” kinoteatrının yaxınlığında baş verib.

İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerində yanğınsöndürən-xilasedici və polis dəstələri səfərbər edilib. Ərazi mühasirəyə alınıb.

Partlayışın səbəbi hazırda bəlli deyil.

Əvvəlki məqaləİran sürətli hərbi kater istehsalında dünyanın ilk 5-liyindədir
Növbəti məqalədəAnkaradan Türkiyə-Rusiya ittifaqı ehtimalına münasibət