Ethan Parsa / Pixabay

Az.shafaqna.com xəbər verir ki, San-Diyeqoda yerləşən Kaliforniya Universitetinin Tibbi Məktəbinin araşdırmaçıları xəbərdarlıq edirlər ki, elektron siqaretlər əsl siqaretlərdən imtina etməyə kömək etmir.

Bu barədə araşdırma “PLOS ONE” və “American Journal of Epidemiology” jurnallarında dərc edilib.

Alimlər çoxillik araşdırmadan siqaret çəkənlərin məlumatlarından istifadə ediblər. Müşahidələr göstərdi ki, siqaret çəkənlərin təxminən 25%-i siqareti tərgitmək üçün elektron siqaretlərə üz tuturlar. Üstəlik, onların 9,6%-i il ərzində siqaretdən uzaq dura bilir. Lakin pis vərdişi elektron siqaretsiz tərgidən şəxslər eyni nəticəni göstəriblər, deməli, elektron siqaretlər heç bir məna kəsb etməyib.

Bundan başqa, müayinələr elektron siqaret sahiblərinin orqanizmində nikotin izi aşkar ediblər – onlar nikotintərkibli mayelərdən istifadə ediblər. Belə ki, elektron siqaretlər siqaret vərdişini tərgitməyə yardım etmək əvəzinə, nikotin asılılığı ilə mübarizədəki uğurları azaldıb.