
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, ABŞ hərbi texnikası Gürcüstana gəlib. Həmin hərbi texnika “Layiqli Həmkar 2020” çoxmillətli komanda-qərargah təlimlərində iştirak edəcək.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat verib.
Gəmi ilə Poti limanına gətirilən hərbi karvana zirehli maşınlar, maddi-texniki təminat maşınları və artilleriya daxildir.
ABŞ hərbi texnikasının 6 və 8 sentyabrda Tbilisi-Senaki-Leselidze mərkəzi avtomagistralı ilə Vazianiyə yola düşəcək.
Xatırladaq ki, adıçəkilən təlim 7 sentyabrda Vazianidəki hərbi bazada (Tbilisi yaxınlığında) başlayacaq.
Təlimlərdə Gürcüstan və NATO-ya üzv ABŞ, Böyük Britaniya, Fransa və Polşadan 2700-dən çox hərbçi iştirak edəcək.
Bu təlim artıq sayca 5-cidir.






























