Az.shafaqna.com-un verdiyi xəbərə görə, Əfqanıstanın Paktika vilayətində iyunun 22-də baş verən 5,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 1000-ə yüksəlib.

Səlahiyyətlilər zəlzələdən ən çox Paktika vilayətinin Giyan rayonu və Xost vilayətinin Spirey bölgəsinin zərər çəkdiyini bildirib.

Əfqanıstan Dövlət Xəbər Agentliyi güclü şiddətli zəlzələ nəticəsində ən azı 1000 nəfərin öldüyünü, 1500 nəfərin yaralandığını bildirib.

Təbii fəlakətlərin idarə olunması üzrə dövlət nazirinin müavini Mövləvi Şərafəddin Müslüm hökumətin zəlzələdə həyatını itirənlərin ailələrinə 100 min əfqan (təxminən 1100 dollar), yaralıların ailələrinə isə 50 min əfqan ödəyəcəyini bildirib.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini, bölgəyə helikopter dəstəyinin göndərildiyini qeyd edib.

Əvvəlki məqaləAzərbaycanda ata və oğlu güllələnib
Növbəti məqalədəGömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçildi