Alex Brandon/AP Photo

Az.shafaqna.com “The Hollywood Reporter”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölən ABŞ əsgərlərini “uğursuz” adlandırıb.

“The Atlantic” jurnalı Trampın döyüşlərdə ölən və ya əsir düşən ABŞ hərbçiləri barədə etinasızca fikir bildirməsi hallarını ətraflı təsvir edən məruzə hazırlayıb.

Müdafiə Nazirliyinin əməkdaşları bildiriblər ki, Paris yaxınlığındakı məzarlığa səfərinin ləğv edilməsini istəyən zaman ölən əsgərləri “uğursuz” adlandırıb. Milli Təhlükəsizlik Şurasının əməkdaşları prezidentə bildiriblər ki, qeyri-münasib hava şəraitinə görə oraya vertolyotla uçmaq olduqca risklidir, lakin onlar oraya avtomobillə gedə bilərlər. Tramp cavab verib ki, qəbiristanı ziyarət etmək istəmir, çünki ora “uğursuz insanlarla doldurulub”.

Digər bir söhbəti zamanı isə Tramp 1-ci Dünya müharibəsi zamanı Bello Vud döyüşündə ölən 1800 dəniz piyadasını “lox” adlandırıb.

Tramp yayılan məlumatları təkzib edərək onu “çox pis jurnal tərəfindən rüsvayıçılıq” adlandırıb. Ağ Ev administrasiyasının başçısı Mark Medouz deyib ki, məlum məruzə Trampı qaralamaq cəhdidir.