Az.shafaqna.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün tvitter səhifəsində bildirib.

“Bir neçə gündür vəzifə başındayam. Səfir etimadnaməmi Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edənə qədər, digər işlərlə paralel olaraq Bakıda fəaliyyət göstərən İranlıların qurumlarını ziyarət etdim, qurum rəhbərləri ilə iki milləti biraraya gətirmə və əlaqələri inkişaf etdirmək üçün müzakirələr apardıq.”, -deyə Musəvi qeyd edib.