
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Denis Loqunov “Sputnik V” koronavirus əleyhinə vaksin partiyasının mülki dövriyyəyə çıxacağı vaxtı açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Milli Epidemoioloji və Mikrobiologiya Araşdırma Mərkəzi müvafiq icazəni artıq 10-13 sentyabr tarixlərində ala bilər.
Loqunov əlavə edib ki, əhalinin vaksinlənməsi partiya mülki dövriyyəyə çıxan kimi başlayacaq.
O xatırladıb ki, 3-cü mərhələ çərçivəsində könüllülərin peyvənd edilməsi yaxın günlərdə başlayacaq, bunun üçün dərman artıq tibbi mərkəzlərə çatdırılıb.
Bu mərhələdəki könüllülərin vəziyyətinin 6-12 ay nəzarətdə saxlanılması planlaşdırılır.
Qeyd edək ki, Rusiya dünyada ilk COVID-19 xəstəliyinə qarşı peyvəndi hazırlayaraq qeydiyyatdan keçirib və ona “Sputnik V” adı verilib.






























