Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidməti (“Rospotrebnadzor”) xama seçimi ilə bağlı məsləhətlər verib.

Xama alarkən təkcə rəf və qiymət cədvəlindəki məlumatları oxumaq lazım deyil, məhsulun etiketinə də diqqət yetirmək lazımdır: məhsulun qablaşdırması salamat, kip bağlanmış, axıntısız, aydın oxuna bilən nişanlanma ilə olmalıdır; tərkibində yalnız qaymaq və maya olmalıdır; məhsulun adı isə – “Xama” olmalıdır; yararlıq müddətinə isə 1 aydan artıq olmamalıdır”, – deyə bildirilib.

Xamanın qiymətinin aşağı salınması, istehsalın sürətləndirilməsi və yararlıq vaxtının artırılması üçün istehsalçılar məhsula süd yağının əvəzləyicilərini, soya zülalı, nişasta, karraginan və qatılaşdırıcılar, olduğu kimi qalması üçün isə konservantlar əlavə edə bilərlər. Nəticədə tam başqa məhsul alınır – “Xama istehsalı texnologiya əsasında hazırlanmış süd yağı əvəzləyicili südtərkibli məhsul”.

Xama alan zaman onun saxlanma temperaturu şərtinə əməl edilib-edilmədiyini yoxlamaq lazımdır – əgər soyuducudakı temperatur müsbət 6 dərəcədən yüksəkdirsə, belə məhsululu almamaq daha yaxşıdır, çünki o, təhlükəlidir və qida zəhərlənməsinə səbəb ola bilər.

İstifadə müddəti bitmiş xama da təhlükəli hesab edilir, evdə açıldıqdan sorna onu 2-3 gün ərzində istifadə etmək lazımdır.

Xamanı dietik məhsullara aid etmək çətindir, lakin faydalı süd yağı, kalsium və yağda həll olan vitaminlər mənbəyi kimi o, hətta dietik qidalanmada da iştirak edə bilər, bir şərtlə ki, o, 10-15%-dən artıq olmayan yağlılığa sahib əsl xamadır”, – deyə əlavə edilib.