Photo by Engin Akyurt from Pexels

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Türkiyə fikir ayrılıqlarının həlli üçün ilkin şərtlər olmadan Yunanıstanla danışıqlara başlamağa hazırdır, həmçinin Ankara NATO-nun Şərqi Aralıq dənizində gərginliyin azaldılmasına dair danışıqların başladılmasını ideyasını da dəstəkləyir.

NATO-nun Baş katibi Şərqi Aralıq dənizində gərginliyin azaldılması və dəniz və hava elementlərinin olduğu arzuolunmaz vəziyyətlərin qarşısının alınması təşəbbüsü ilə çıxış edib. Ölkəmizin dəstəklədiyi bu təşəbbüs, Baş katibin dediyi ki, NATO çərçivəsində 2 ölkə arasında hərbi-texniki xarakterli danışıqların başlanmasına yönəlib”, – deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edilib ki, bu cür danışıqlar təkcə Türkiyə və Yunanıstanın arasındakı ikitərəfli məsələlərin həllinə aid deyil, həm də iki ölkənin hərbçiləri arasındakı razılıqlara da aiddir.

Biz gözləyirik ki, Yunanıstan NATO Baş katibinin bu təşəbbüsünü dəstəkləyəcək”, – deyə əlavə edilib.

Xatırladaq ki, hazırda Türkiyə və Yunanıstan arasında gərginlik yaşanmaqdadır.