Az.shafaqna.com “Vanguard”-a istinadən xəbər verir ki, İŞİD terror təşkilatının Qərbi Afrika qanadı Nigeriyada azı 10 hərbçi qətlə yetiriblər.

Biz 10 xüsusi təyinatlımızı itirdik, terrorçular bizə qəfildən hücum etdilər”, – deyə hərbi mənbədən bildirilib.

Qeyd edilir ki, terrorçularla hərbçilər arasındakı döyüş Borno ştatının Qarin Qiva qəsəbəsinin yaxınlığında baş verib və təxminən 2 saat davam edib. Terrorçular silahla dolu iki yük maşınını da ələ keçirə biliblər. Yaralılar xəstəxanaya çatdırılıb.