РИА Новости

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) kütləvi qətllər planlaşdıran 13 nəfəri tutub.

Saxlanılanların hamısı Rusiya vətəndaşlarıdır. Onlar kustar üsulla hazırlanan partlayıcı qurğular, yandırıcı qarışıqlar, soyuq silahlar, həmçinin internet istifadəçilərini analoji hərəkətlərə təhrik edən çağırışlarla kütləvi qətllər törətmək niyyətində idilər.

Qeyd edilir ki, onlardan 11-i “sosial şəbəkələrdən birində qapalı cəmiyyətin üzvləridir”.

Onlardan 4 ədəd hazır partlayıcı qurğu və digər cinayət vasitələr müsadirə edilib.

Sözügedən şəxslərin cinayət planları müsadirə edilmiş şəxsi gündəliklər və rabitə vasitələri ilə öz təsdiqini tapıb”, – deyə bildirilib.