Gürcüstandan Azərbaycana daha 281 nəfər təxliyə edildi

60
0

Bu gün Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

Az.shafaqna.com newsbureau saytına istinadən xəbər verir ki, onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı tesdən keçiriliblər və heç birində COVID-19 aşkarlanmayıb. Təxliyə olunanlar 5 avtobusla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.

Qeyd edək ki, indiyədək Gürcüstandan Azərbaycana 2 minə yaxın vətəndaş və soydaşın təxliyəsi təşkil olunub.